Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”

Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”

Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində mühüm prioritet istiqamətlərdən biri türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan ölkəmizin Türk Dövlətləri Birliyi çərçivəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin noyabr ayının 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə etdiyi çıxışında Təşkilatın əsasını qoymuş Naxçıvan Sazişinin imzalanmasından 15 il keçdiyini diqqət mərkəzinə çəkərək bildirdi ki, bu müddət ərzində quruma üzv ölkələr birlikdə uğurlu inkişaf yolu keçiblər”.

 

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

 

Millət vəkili qeyd edib ki, bu ilin iyul ayında dövlət başçılarının Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. “Müasir dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vacib şərt kimi önə çəkir. Azərbaycanın xarici siyasəti də məhz bu məqsədə xidmət edir. Cənab Prezident öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Bu baxımdan Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.”

 

K.Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin Türk dövlətləri arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq barədə səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir: “Bu gün bütün dünyada ən müxtəlif xarakterli təhlükələrin artdığı aşkar müşahidə olunmaqdadır. Məhz bu təhlükələrdən effektiv şəkildə müdafiə oluna bilmək üçün Türk dövlətlərinin də müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı öz çıxışında məhz bu məqamı diqqət mərkəzinə çəkərək qeyd etdi ki, son dövrlər həm bu sahələrdə, həm də hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişlənməsi çox müsbət haldır. Təşkilata üzv ölkələrin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi, hərbi təhsil müəssisələrində qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Bütün bunlar Türk dünyasının öz qüdrətini artırmasına və yeni dünya düzənində önəmli güc mərkəzlərindən biri kimi yer almasına xidmət edir” .


OXŞAR XƏBƏRLƏR

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...