200 illik tarixi evdə insanlara işgəncə verən kabus videoya çəkilib - VİDEO

200 illik tarixi evdə insanlara işgəncə verən kabus videoya çəkilib - VİDEO

Paranormal tədqiqatçılar Böyük Britaniyada ruhların dolaşdığı deyilən evi ziyarət ediblər. 60 il əvvəl bu evdə qəribə hadisələrdən şikayətlənən və mistik qüvvələrin hərəkətindən əziyyət çəkdiklərini güman edən bir ailə yaşayıb.

Sfera.az bildirir ki, Britaniyada 200 illik tarixi olan qədimi bir evdə dolaşan ruh fotoşəkilləri kəsib, əşyalar atıb, insanları pilləkənlərdən aşağı itələyir. Paranormal mütəxəssislər heç bir səbəb olmadan evdə hərəkət edən qapıları qeydə alıblar.
 

Tədqiqatçıların çəkdiyi videoda naməlum səbəblərdən otağın qapısının öz-özünə necə açıldığını görə bilərsiniz. Maraqlıdır ki, bütün bunlar, görünməz varlığa bunu etmək üçün bir neçə dəfə müraciət edildikdən sonra baş verib. “The Occult Family” adlı TikTok kanalında heyrətamiz kadrları olan video paylaşılıb.
 

Jurnalistlər paranormal tədqiqatçıların Böyük Britaniyanın şimalındakı Yorkşir əyalətinin Pontefrakt qəsəbəsində lentə aldığı videonu tapıblar. Səsyazma 24 avqust 2024-cü il saat 21:44-də aparılıb. Əvvəlcə izləyicilərə otağın girişi göstərilir və ruhdan varlığını göstərməsini, qapını açmasını xahiş edən kişi səsi eşidilir. O, tələbi bir neçə dəfə təkrarlamalı olub və birdən qapı tərpənməyə başlayır. Tədqiqatçılar deyirlər ki, evdə həqiqətən də başqa dünya qüvvələri var. Kamera işə düşdükcə, evin qonaqları, 34 yaşlı JP və 38 yaşlı Kimmi Ceffrey sübutları qeyd etmək üçün telefonları işə salırlar.


Naməlum ailənin Yorkshire şəhərində çəkilmiş videoya mindən çox bəyənmə və şərh gəlib. İnsanlar tədqiqatçıların əsl paranormal hadisə ilə qarşılaşdıqlarına şübhə etmirlər. Bəziləri ruhların varlığına dair əlavə sübutlar təqdim etmək üçün qapının kənarında video kameralar yerləşdirməyi təklif edirlər. Müəlliflərdən həmçinin, ruhların olduğunu gördükdə niyə bu qədər qorxduqları da soruşulub: cavabında onlar nidaların qorxu deyil, həyəcan olduğunu yazıblar.


Portal paranormal hadisənin qeydə alındığı 200 illik ev haqqında təfərrüatları da təqdim edib. Məlum olub ki, burada yaşayan Pritçard ailəsi 1966-cı ildən "dünyanın ən qəddar poltergeist ruhlarının biri”ndən əziyyət çəkirmiş. Naməlum qüvvə özbaşına qapıları açıb bağlayıb, kranlardan köpüklü yaşıl su buraxıb, fotoşəkilləri kəsib, əşyalar atıb, insanları itələyib. Ailə bu gözəgörünməz qüvvəni Fred adlandırıb və onu müqəddəs su ilə qovmağa çalışsa da, heç bir nəticə əldə edə bilməyib. Hücumların birində “Fred” ailə başçısının qızı Diananı ayağından tutub pilləkənlərlə yuxarı dartıb. Məqalədə deyilir ki, nəticədə ailə 1980-ci ildə evdən qaçıb.

 

@theoccultfamily Ghost opens the door at Europes most haunted house Last night on our LIVE we witnessed a door open all by its self! This was amazing to see and as you can see shocked us! Is this Paranormal Caught on Camera? #haunted #hauntedtiktok #paranormal #paranormalactivity #scary #caughtoncamera #spooky #hauntedhouse #ghost #ghosts #ghosthunting #fyp #fy #fypage ♬ original sound - TheOccultFamily

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...