Azərbaycan XİN Pakistana başsağlığı verdi

Siyasət
18:08 / 09.11.2024
4695
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən terror aktında həlak olanlarla bağlı başsağlığı verib.
Sfera.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşılıb.
"Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.