Trampın yenidən seçilməsi dünyaya nə vəd edir? - Ukraynaya yardımlar dayanacaq? + AÇIQLAMA

Trampın yenidən seçilməsi dünyaya nə vəd edir? - Ukraynaya yardımlar dayanacaq? + AÇIQLAMA

Donald Trampın ABŞ-nin Prezidenti seçilməsi müxtəlif ölkələrdə eyni sualın aktuallığını artırıb.

 

Ağ Evin yeni sahibinin xarici siyasəti necə olacaq, o hansı ölkə ilə əməkdaşlığa üstünlük verəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Tramp hələ təbrikləri qəbul edir:

 

“Onun andiçmə mərasimi gələn ilin yanvarın 20-də keçiriləcək. Tramp bu tarixə qədər komandasını formalaşdırmağa çalışacaq. Donald Trampın dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə kimləri təyin edəcəyi də müzakirə predmetidir. Çünki məhz dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir Trampın xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirəcəklər. Trampın bu iki vəzifəyə Respublikaçılar Partiyasının Konqresdəki üzvlərindən təyin edəcəyi ehtimal olunur”.

 

Ekspert xatırladıb ki, Trampı ABŞ-nin mübarizə apardığı iki əsas dövlətin – Rusiya və Çinin liderləri də təbrik edib:

 

“Rusiya Prezidenti Vladimir Putin ümid edir ki, Donald Tramp Ukraynaya hərbi və maliyyə yardımını ya azaldacaq, ya da tamamilə dayandıracaq. Çin lideri Si Cinpin isə ümid edir ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Çinə qarşı sərt iqtisadi siyasətdən imtina edəcək. Hindistanın baş naziri Narendra Modi isə təbrik məktubunda Trampı “dostum” adlandıraraq Ağ Evin yeni sahibinin Hindistan-ABŞ əlaqələrini daha böyük zirvələrə yüksəldəcəyinə əminliyini vurğulayıb. Maraqlıdır ki, ABŞ-dəki hind icması Demokratlar Partiyasına və prezidentliyə namizəd Kamala Harrisə üstünlük versə də, hindlilər arasında respublikaçı Donald Trampa səs verənlər də az olmayıb. Gözlənildiyinin əksinə olaraq, ABŞ-dəki qaradərililərin və ispandillilərin əhəmiyyətli qismi də Trampa səs verib. Siyasi ekspertlər bunu onunla əlaqələndirirlər ki, ABŞ-dəki azlıqlar Trampın miqrant axınını dayandırmaq siyasətini dəstəkləyir”.

 

E.Şahinoğlu qeyd edib ki, Donald Tramp Çinlə müqayisədə Hindistanla tərəfdaşlığın gücləndirilməsinə üstünlük verəcək:

 

“O, 2020-ci ildə Hindistana səfəri zamanı Modi ilə müxtəlif sazişlər imzalamışdı. Əslində,  Co Bayden Trampın prezidentlik dövründə Asiya siyasətini davam etdirib. Bayden administrasiyası keçmişdə Tramp amdinistrasiyası kimi Çinə qarşı iqtisadi sanksiyaları sərtləşdirərkən, Hindistanla tərəfdaşlığı gücləndirib. Böyük ehtimalla, estafeti Baydendən alacaq Tramp bu siyasətə sadiq qalacaq. Vaşinqton illərdir Çinə yönələn xarici kapitalın Hindistana istiqamətlənməsində maraqlıdır”.

 

Günay

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...