Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir - FOTO

Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir - FOTO

"Bakı Metropoliteni" QSC-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, noyabrın 11-22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək məqsədilə növbəti layihə icra edilib.

 

Sfera.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, metropolitençi övladlarının “Təbiəti düşünək, o bizi düşünən kimi” layihəsi əsasında hazırlanmış ədəbi-bədii proqramların növbəti hissəsi rəsm sərgisindən ibarətdir.

 

İlk olaraq “İçərişəhər” stansiyasının vestibülündə nümayiş etdiriləcək balacaların əl işləri ekoloji mühitin, təbiətin qorunmasını tərənnüm edir. Maarifləndirici layihənin əsas məqsədi ictimaiyyəti ekoloji mühitin təmizliyi, yaşıl dünya naminə fəal olmağa və töhfə verməyə səsləməkdir.

 

Nümayişə 16 məktəblinin təbiət mövzulu 55 rəsm əsəri çıxarılıb. Bir-birindən rəngarəng fotolardan ibarət sərgi 20 gün davam etdiriləcək və bir neçə stansiyada nümayiş olunacaq.

 

Məşhur Azərbaycan şairi Hüseyn Arifin təbiətə həsr etdiyi şeir əsasında həyata keçirilən layihə “Bakı Metropoliteni”nin İdarə aparatının akt zalında səhnələşdirilmiş tamaşa ilə başlanıb, daha sonra stansiyaların vestibülləri və platformalarında müxtəlif formatda davam etdirilib.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...