Türkiyə ordusu əməliyyat keçirdi - 13 terrorçu öldürüldü

Siyasət
15:01 / 09.11.2024
4319
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda yeni əməliyyat keçirib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində Suriyanın şimalındakı Fırat Qalxanı bölgəsində PKK/YPG terror təşkilatının 10 üzvü öldürülüb.
Həmçinin İraqın şimalındakı Pənçə- Kilit bölgəsində üç PKK terrorçusu zərərsizləşdirilib.