İstanbul terrorunda öldürülən Nuranənin FOTOSU
Hadisə
22:36 / 02.01.2017
5815
Yanvarın 1-nə keçən gecə İstanbulun "Reina" klubuna silahlı hücum nəticəsində öldürülən Azərbaycan əsilli Rusiya vətəndaşı Nuranə Həsənovanın sosial şəbəkələrdə fotosu yayımlanıb.
Sfera.az qaynarinfo.az-a istinadən verdiyi xəbərə görə, Nuranınin fotosunu "İnstagram"da bacısı paylaşıb.
Qeyd edək ki, Nuranə Rusiya vətəndaşı olsa da cənazəsi Azərbaycana gətiriləcək. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu mərhumun qohumları belə istəyiblər.
Məlumata görə, N.Həsənovanın qohumları Rusiyanın Türkiyədəki səfirliyinə müraciət edərək cənazənin məhz Azərbaycana göndərilməsini xahiş ediblər və səfirlik onların xahişini müsbət cavablandırıb.

Qeyd edək ki, əvvəlcə ölən qadının Azərbaycan vətəndaşı olduğu güman edilib, amma sənədlərə baxdıqdan sonra onun Rusiya vətəndaşlığını ortaya çıxıb.