Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır”

Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır”

“Artıq dördüncü ildir ki, Azərbaycan xalqı müstəsna tarixi və siyasi əhəmiyyət kəsb edən 9 noyabr – Dövlət Bayrağı Gününü qalib xalq, qalib ölkə olaraq qeyd edir.”
 

Sfera.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
 

Millət vəkili bildirib ki, Şərqin ilk demokratik respublikasının üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və Nazirlər Şurasının binası üzərində qaldırılıb. “1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuş bu bayraq 70 illik fasilədən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.”
 

K.Qafarov 44 günlük Vətən müharibəsinin gedişində qəhrəman hərbçilərimizin müqəddəs Bayrağımızı hər gün yeni azad olunmuş bir yaşayış məntəqəsində dalğalandırmaqla bizə sonsuz qürur yaşatdıqlarını vurğulayıb: “Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində başlanmış Vətən müharibəsinin hər yeni günündə Azərbaycanın Dövlət Bayrağı azad olunmuş növbəti ərazidə dalğalanırdı. Bu proses 44 gün ərzində fasiləsiz davam etdi. Nəhayət, 2020-ci ilin noyabr ayının 10-da Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsilə başa çatdı və bu gün Dövlət bayrağımız artıq ölkəmizin bütövlüyü bərpa olunmuş bütün ərazisində, hər bir şəhər və rayonumuzda, qəsəbə və kəndimizdə əzəmətlə dalğalanır. Keçən il oktyabr ayının 15-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını Xankəndidə şəxsən qaldırmaqla qürurumuza bir daha qürur qatdı. Ulu Öndər Heydər Əliyev milli birliyin formalaşmasında bayrağın rolunu vurğulayaraq demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu müdrik nəsihəti özünün həyat amalına çevirən Azərbaycan xalqı müqəddəs bayrağımızın altında, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək yaratdığı dəmir yumruqla düşməni məhv etdi, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa elədi”.


OXŞAR XƏBƏRLƏR

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...