Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert atəşfəşanlıqla davam edib - VİDEO/YENİLƏNDİ

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert atəşfəşanlıqla davam edib - VİDEO/YENİLƏNDİ

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə keçirilən bayram konserti atəşfəşanlıqla davam etdirilib.

 

Sfera.az xəbər verir ki, qələbə sevincini paylaşmaq üçün milli parka axışan paytaxt sakinləri ilə yanaşı, Bakının qonaqları da konserti böyük maraqla izləyiblər.

 

Konsert proqramında xalq artistləri, estrada müğənniləri, rəqs qrupları iştirak ediblər.

 

Qeyd edək ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib.

 

***

20:01

 

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.

 

Sfera.az xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin dördüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilir.

 

Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və prospektlər, istirahət parkları Vətən müharibəsindəki Şanlı Zəfərin dördüncü ildönümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb. Binaların eyvanlarında ölkəmizin üçrəngli bayrağı dalğalanır.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...