Azərbaycan kikboksçusu iki qızıl medal qazandı

Azərbaycan kikboksçusu iki qızıl medal qazandı

Azərbaycan kikboksçusu Eduard Məmmədov Yunanıstanın paytaxtı Afinada keçirilən Kikboksinqin WAKO versiyasında Avropa çempionatının "Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində 2 versiya üzrə yarışda 2 qızıl medal qazanıb.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu adını qazanmış idmançı bu barədə özü açıqlayıb.

 

O, "Light Contact" versiyasında italiyalı De Franko Marko və isveçli Ola Alvarssonu üstələdiyini bildirib. "Kick Light" versiyasında isə Ola Alvarsson və italiyalı Sqro Simyone Kalogeroya qalib gələrək 11-ci dəfə Avropa çempionu olduğunu vurğulayıb.

 

"Bu qələbəmi Zəfər Gününə və şəhidlərimizə həsr edirəm. Allah şəhidlərimizə rəhmət etsin! Zəfər Günündə bayrağımızı dünya arenasında iki dəfə ucaldıb, himnimizin səsləndirilməsinə nail oldum. Mənim üçün bu şərəf və fəxrdir. QARABAĞ AZƏRBAYCANDIR!", - idmançı bildirib.


OXŞAR XƏBƏRLƏR

Daha bir nəfər spirtdən öldü - say 20-ni keçdi

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.    Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə al...

Sumqayıt məktəbində QALMAQAL: Müavinlər çıxarıldı, direktor vəzifəsində qaldı

Sumqayıt şəhərindəki Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində aparılan maliyyə yoxlamalarının nəticələri narazılıqlara səbəb olub. &nb...

Qvineya-Bisau Prezidenti Bakıda Zəfər parkını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Bakıda Zəfər parkını ziyarət edib.   Sfer...

Nurlan Librenin evindən qızıl götürülüb? - Polisdən AÇIQLAMA

İqtisadi fəaliyyət sahəsində olan cinayət faktı ilə əlaqədar həbs edilən Nurlan Qəhrəmanlının (Libre) yaşadığı evdə aparılan axtarışla bağlı sosial şəbəkələrdə ...

Əfv komissiyasının növbəti iclası keçirilib

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ikinci iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Kom...

Prokuror Ağadadaş Ağayevə cəza istəyib

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.   Sfera.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Ta...