TFF Joze Mourinyonu cəzalandırdı

İdman
10:54 / 08.11.2024
2567
Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) tərəfindən cəzalandırılıb.
Sfera.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Türkiyə Super Liqasının 11-ci turunda "Trabzonspor"la (3:2) keçirilən matçdan sonra azarkeşlərə və rəqibə hörmətsizlik, həmçinin hakimləri tənqid etməsi əsası ilə bir oyunluq disvalifikasiya olunub.
O, həmçinin 958 min lirə (25,5 min avro) cərimələnib.