Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb

Hadisə
21:27 / 07.11.2024
3181
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az-ın məlumatına görə, şəhər ərazisində xəstəxanaların birində tibb bacısı işləyən 1969-cu il təvəllüdlü R.Quluyevanı avtomobil vurub.
O, aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.