Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - ADLAR

Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - ADLAR

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

 

“general-polkovnik” ali hərbi rütbəsi

 

general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə

 

“general-mayor” ali hərbi rütbəsi

 

polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova

 

polkovnik Gündüz Əliş oğlu Əbdülova

 

polkovnik Azər Əlövsət oğlu Qasımova

 

“ədliyyə general-mayoru” ali hərbi rütbəsi

 

ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.


OXŞAR XƏBƏRLƏR