Ukraynalıların nə qədəri Rusiyanı sevir? - SORĞU
Siyasət
17:41 / 07.11.2024
4334
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sentyabr və oktyabrda keçirdiyi sorğusunun nəticələrinə əsasən, Ukrayna vətəndaşlarının 93%-i Rusiyaya pis münasibət bəsləyir. Sorğuda iştirak edənlərin 3%-nin isə hələ də Rusiyaya münasibəti yaxşıdır.
Sfera.az xəbər verir ki, 2024-cü ilin oktyabrında Ukraynanın bütün regionlarında əhalinin mütləq əksəriyyəti Rusiyaya pis münasibət bəsləyib.
Qərbdə 96 faiz insanın Rusiyaya münasibəti mənfi olsa da, şərqdə bu göstərici 88 faizdir.
Vasif
Sfera.az