Sumqayıtda 300-dən çox almanın basdırıldığı qəbiristanlıqdan GÖRÜNTÜLƏR - Görün kimlər ziyarət edir + VİDEO
Siyasət
16:17 / 07.11.2024
2268
AzTV-də yayımlanan “Bir zamanlar” verilişində Sumqayıt şəhərinin maraqlı tarixi haqqında danışılıb.
Müharibə bitdikdən sonra əsir düşmüş alman əsgərlər ölkənin bir çox yerləri ilə yanaşı, Sumqayıtda da binaların, müəssisələrin tikintisinə cəlb olunub. Həmin binalar hazırda da öz möhkəmliyinə görə fərqlənir.
Müharibədən sonra vətənlərinə qayıdan alman əsirlərdən savayı, həlak olanlar da olub. Məhz buna görə şəhərdə alman qəbiristanlığı yaradılıb.
Hər il Almaniyadan rəsmi şəxslər 311 əsirin dəfn olduğu bu məzarlığı ziyarət etməyə gəlirlər.