Demokratların məğlubiyyətinə səbəb LGBT məsələsidir? - AÇIQLAMA

Demokratların məğlubiyyətinə səbəb LGBT məsələsidir? - AÇIQLAMA

ABŞ-də ilk dəfə olaraq qadın LGBT mənsubu senator seçilib.  Belə ki, Viskonsində Senata seçkilərdə demokratların namizədi, 42 yaşlı Temmi Bolduin respublikaçı kişi rəqibini məğlub edib. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, bu fakt prezident seçkilərində demokratların məğlubiyyətinin onların LGBT məsələsində həssaslığı, “voukizm”  kulturasına aludəçiliyi kimi səbəblərlə əlaqəsi olmadığını göstərir:

 

“ABŞ mühafizəkarları arasında bu məsələlərdən narahatlıq var. Amma bu, seçkilərdə həlledici faktor deyil.  Məsələn, Viskonsində xeyli adam eyni bülletendə prezidentlik üçün Trampa, senatorluq üçün homoseksual Bolduinə səs verib. Yeri gəlmişkən, Miçiqanda da Tramp qalib gəldiyi halda, Senat seçkilərində xalq demokrat qadın, keçmiş CİA əməkdaşı Elissa Slotkinə səs verib. Hər yerdə olduğu kimi, ABŞ-də də seçicilərin rəyini formalaşdıran başlıca amil sosial-iqtisadi məsələlər olur. Vətəndaş özünə sual verir ki, bu hakimiyyətin dövründə mənim vəziyyətim yaxşılaşıb, ya yox? Cavab "yox"dursa, onda prezident seçkisində həmin hakimiyyətin təmsilçisinin deyil, alternativ namizədin qələbə şansı artmış olur”.

 

Ş.Cəfərlinin fikrincə, LGBT məsələsi seçkilərin nəticələrinə təsir göstərəcək səviyyədə olsa idi, onda 4 il əvvəl də Tramp seçilməli idi:

 

“Çünki bu mövzular son 4 ildə aktuallaşmayıb, ondan əvvəl də gündəmdə idi.Sadəcə olaraq, Tramp ötən seçkilərdə pandemiyanın fəsadlarının, demokratlar isə bu seçkidə post pandemiya dövrünün fəsadlarının qurbanı oldular. Dövriyyəyə buraxılmış külli miqdarda qarşılıqsız pul kütləsi inflyasiya yaratdı. Bayden OPEC+ formatı çərçivəsindəki kartel sövdələşmələrini əngəlləyə bilmədi, nəticədə yüksək neft qiymətləri ABŞ daxili bazarında yanacağı bahalaşdırdı. Əhalinin rifah səviyyəsi bu dövrdə ya gerilədi, ya da ən yaxşı halda yerində saydı. Sərhədlərdən qanunsuz miqrant axını gücləndi. Bu səbəblər toplusu və əlavə olaraq Baydendən fərqini ortaya qoya bilməməsi Harrisin məğlubiyyətini şərtləndirdi”.

 

Türkan 

 

 


 


OXŞAR XƏBƏRLƏR

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet sa...

Yaponiyada qadınların orduya yolu tam açıldı

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, av...

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...