Almaniya Bundestaqına seçkilər bu tarixdə KEÇİRİLƏCƏK

Almaniya Bundestaqına seçkilər bu tarixdə KEÇİRİLƏCƏK

Almaniya Bundestaqına (parlament) erkən seçkilər 2025-ci il martın 9-da keçirilə bilər. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Kansleri Olaf Şoltsa istinadən məlumat yayıb.

 

Bundan əvvəl Şolts 2025-ci ilin əvvəlində Bundestaqda hökumətə etimad səsverməsi məsələsini qaldıracağını və növbədənkənar parlament seçkilərinin 2025-ci ilin mart ayının sonuna qədər keçirilə biləcəyini deyib.

 

Məlumata görə, çərşənbə günü Şolts maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib. Noyabrın 6-da axşam koalisiya komitəsinin iclası keçirilib, burada tərəfdaşlar ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün mübahisənin həllini tapmağa çalışıblar. Bölünməyə səbəb büdcə, maliyyə və iqtisadi siyasətlərdəki fərqlərdir. Daha sonra kanslerin özü xüsusi bəyanatla çıxış edərək bildirib ki, o, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Lindneri istefaya göndərməsini təklif edib.

 

Bununla bağlı Bundestaqdakı Azad Demokrat Partiyası (FDP) fraksiyasının rəhbəri Kristian Düer bildirib ki, Almaniyanın Azad Demokrat Partiyasından olan nazirlər hakim koalisiyadan tamamilə çıxırlar. Almaniya hökumətində FDP nümayəndələri dörd vəzifə tutmuşdu: maliyyə naziri, tədqiqat və təhsil naziri, ədliyyə naziri və nəqliyyat naziri.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

"Üçüncü Dünya müharibəsinin astanasındayıq" - Lukaşenko

“Biz Üçüncü Dünya müharibəsinin astanasındayıq”.   Sfera.az bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, bu barədə ...

"Nüvə müharibəsi başlaya bilər" - Kim Çen Indan XƏBƏRDARLIQ

"Koreya yarımadasındakı mürəkkəb vəziyyət ən dağıdıcı nüvə müharibəsinə gətirib çıxara bilər".   Sfera.az xəbər verir ki, bunu Şimali Korey...

2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq

"Formula 1" üzrə dünya çempionatında çıxış edəcək komandaların sayı 2026-cı ildən etibarən artacaq.   Sfera.az xəbər verir ki, bu barədə &q...

ABŞ-nin Ukraynadakı səfirliyi fəaliyyətini bərpa etdi

ABŞ-nin Kiyevdəki səfirliyi çərşənbə günü xidmətlərini bərpa edib.    Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfiri Bridget Brin...

"Putin çıxışında “nüvə silahı” ifadəsini işlətmədi, indi gərginliyi artıran Ukraynadır..." - AÇIQLAMA

Ötən gün Rusiya Prezidenti Vladimir Putin ölkəsinə qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edildiyini açıqlayıb. Onun sözlərinə görə, Bryansk və Kursk ...

Bakıda bir sıra küçələrdə yeni yol nişanları quraşdırıldı

Bakıda yeni yol nişanları quraşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. &nb...