Azərbaycana xaricdən uçuşların sayı ARTDI

Azərbaycana xaricdən uçuşların sayı ARTDI

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 41 ölkədən 22 446 aviareys təşkil olunub.

 

Sfera.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 3 651 aviareys (19,4 %) çoxdur.

 

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 6 614 reys. Bu da 1 il əvvələ nisbətən 13,7 % çoxdur.

 

Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 917 uçuş olub ki, bu da illik müqayisədə 3,2 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 629 reyslə (+35,5 %) daxil olub.

 

TOP-10-luğa həmçinin Gürcüstan 1 687 reyslə (+ 27,1 %), Qazaxıstan 730 (+ 7,6 %), Səudiyyə Ərəbistanı 697 (- 11,4 %) , Hindistan 554 (+dəfə), Qətər 489 (+ 58,7 %), Özbəkistan 359 (- 29,6 %) və Küveyt 353 reyslə (+ 14,2 %) daxildir.

 

İndiyə qədər ilk 10-luqda olan İsrail (334 aviareys, +14,7 %11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.

 

Təkcə oktyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 6 % artaraq 101 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 656 uçuş olub ki, bu da illik müqayisədə 4 % çoxdur.


OXŞAR XƏBƏRLƏR

Məşhur iş qadını evində ÖLÜ TAPILDI – FOTO

Türkiyənin məşhur iş qadını və qolf oyunçusu Beyhan Benardete Bodrumdakı evində ölü tapılıb. Sfera.az xəbər verir ki, Çamlık məhəlləsindəki evində tək...

Kommunal xidmətlərlə bağlı qərar verildi

Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və komm...

Sabah da qar yağacaq - Fevralın son gününün havası

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   M...

Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 210 nəfərə çatıb

Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 210 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov...

Politoloq Zaur Məmmədova yeni vəzifə verildi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yeni təyinat olub.   Sfera.az unikal.az-a istinadən xəbər verir k...

Səyahət edənlərə ŞAD XƏBƏR: Bakıdan yeni aviareyslər açılır - SİYAHI

Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaz mövsümündə sərnişinlərə yeni və genişlənmiş səyahət imkanları təklif edir.   Sfera.az  Aeroporta ...