Quzey Kiprin TDT-yə üzvlüyü Mərkəzi Asiya ölkələrinə təhlükə yarada bilərmi? - AÇIQLAMA

Quzey Kiprin TDT-yə üzvlüyü Mərkəzi Asiya ölkələrinə təhlükə yarada bilərmi? - AÇIQLAMA

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, sözügedən zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki gözləntisini ortaya qoyub. 

 

Onun sözlərinə görə, o, Türkiyə Cumhurbaşqanı Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) və Türkmənistanın qısa zamanda Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmalarını istədiyini bildirib. 

 

“Kuzey Kıbrısla bağlı qərar üzv dövlətlərin istəyindən asılıdır. Türkiyə və Azərbaycandan başqa, digər türk dövlətləri Kuzey Kıbrıs Türk Cumhuriyyətinin təşkilata tamhüquqlu üzvlüyünə hələ ki, ehtiyatla yanaşırlar. KKTC Cumhurbaşqanı Ersin Tatar Şuşadakı toplantıdan sonra ikinci dəfə Bişkəkdəki toplantıya müşahidəçi statusunda qatılıb. Mərkəzi Asiya ölkələri KKTC-nin müşahidəçi statusuna etiraz etmirlər. Ancaq Ankara və Lefkoşe tam üzvlük istəyirlər”.

 

Ekspert qeyd etdi ki, əslində KKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzvlüyünə görə Mərkəzi Asiya ölkələrini təhlükə gözləmir:

 

“ABŞ və ya Avropa İttifaqı dövlətləri bu qərara görə Mərkəzi Asiya ölkələrinə sanksiya tətbiq etməzlər. Ona görə Mərkəzi Asiyanın türk dövlətləri yaxın illərdə KKTC ilə bağlı qərar verməli olacaqlar. Türkmənistanın təşkilata üzvlüyü isə Aşqabadın qərarından asılıdır. KKTC-dən fərqli olaraq Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzvlüyünü qurumdakı dövlətlərin tamamı dəstəkləməyə hazırdır. Bu dəfə Türkmənistan tələsməməyə qərar verib”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Futzal Federasiyasının feysbuk hesabı oğurlandı

Azərbaycan Futzal Federasiyasının feysbuk hesabı oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. &nbs...

Alimlər vaxtından əvvəl doğulmuş insanların sağlamlığı ilə bağlı mifi dağıdıblar

Liggins İnstitutunun alimləri müəyyən ediblər ki, vaxtından əvvəl doğulmuş yetkinlərin şəkərli diabet, ciddi ürək xəstəliyi və dislipidemiyadan əziyyət çəkmə eh...

Donmuş gölün ortasında hələ də sirri açılmayan qala tapıldı - FOTO

Polşada donmuş gölün üzərində sirli Stobnica qalası ucalır. Onun tikintisi və sahiblik tarixi sirrlərlə doludur. Süni adada yerləşən əzəmətli bina ilk olaraq ha...

Panama kanalının Trampa nə üçün lazım olduğu məlum oldu

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalını geri qaytarmaqla hədələyir, çünki o, ilk növbədə Amerika iqtisadiyyatını gücləndirməyə çalışır və ...

Mehriban Əliyeva İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.   Sfera.az payla...

Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, dövlət başçısını...