Azərbaycanda "Yolüstü" mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda "Yolüstü" mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda sərnişinlər və sürücüləri bir araya gətirən yeni "Yolüstü" mobil platforma istifadəyə verilib.

 

Sfera.az xəbər verir ki, “yolüstü" mobil tətbiq həm sürücülərə, həm də sərnişinlərə fayda verir. Bu tətbiq sürücü ilə sərnişin arasında bir vasitə yaradır. Burada həm sürücü, həm də sərnişin qazanır. Sürücü ona görə qazanır ki, boş getdiyi maşında sərnişin aparır. Sərnişin də ona görə qazanır ki, avtobus qiymətinə komfortlu maşında gedir.

 

"Yolüstü" tətbiqi necə işləyir?

 

"Yolüstü" tətbiqinin iş prinsipi sadədir. Tətbiqi mobil cihazlara yüklədikdən sonra sürücülər elan yerləşdirirlər və hansı istiqamətə gedəcəklərini bildirirlər. Sürücünün avtomobilinə dair məlumatlar, o cümlədən, boş yerlər haqqında da məlumat verilir. Sərnişinlər isə mövcud olan boş yerləri görərək, öz istədikləri yeri əvvəlcədən bron edə bilərlər. Sürücü isə bron edilmiş yerləri təsdiq edərək digər istifadəçilərin həmin yerlərə sorğu göndərməsinin qarşısını alır. Tətbiqi yükləmək tamamilə pulsuzdur və qeydiyyatdan keçən hər bir sürücüyə 20 manat məbləğində bonus təklif olunur. Xüsusilə, bayram günlərində regionlara getmək istəyənlər bu tətbiqi yükləyə bilərlər. Sərnişinlər həm ucuz qiymətə, həm də tez rayonlara çata bilərlər, sürücülər isə əlavə gəlir qazana bilərlər.

 

Bir sözlə, bu yenilik bütün tərəflərə xeyir verir. Yükləyin və daha az büdcə ilə səfər edin.

 

//play.google.com/store/apps/details?id=com.yolustu.yolustu

 

//apps.apple.com/az/app/yolustu/id6478705942


OXŞAR XƏBƏRLƏR

ABŞ sanksiyaları kömək etdi? - Çin elektronikanın inkişafında Cənubi Koreyanı geridə qoydu

Koreya Elm və Texnologiyanın Qiymətləndirilməsi və Planlaşdırılması İnstitutunun araşdırmasına görə, Çin yarımkeçirici elektronikanın inkişafında birinci yerdəd...

Qarlı havada paytaxt yollarındakı vəziyyət - FOTOAR

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb...

Qanunvericilikdə həkimlikdən ömürlük məhrumetmə cəzası varmı? - VİDEO

Son vaxtlar cərrahiyyə əməliyyatı zamanı və ya əməliyyatdan sonra dünyasını dəyişənlərlə bağlı xəbərləri tez-tez eşidilir. Sonuncu belə bədbəxt hadisə ötən gün ...

FHN-in keçmiş rəis müavini VƏFAT ETDİ

Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər 26 saylı Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş rəis müavini Əli Zeynalov dünyasını dəyişib.   S...

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda növbəti görüşü Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, b...

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...