"Rusiyanın Kursk vilayətində 10 min Şimali Koreya hərbçisi yerləşdirilib" - ABŞ rəsmisi

"Rusiyanın Kursk vilayətində 10 min Şimali Koreya hərbçisi yerləşdirilib" - ABŞ rəsmisi

"Rusiyanın Kursk vilayətində 10 min Şimali Koreya hərbçisi yerləşdirilib".

 

Sfera.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında deyib.

 

Sözçü əsgərlərin artıq Kursk vilayətində döyüşməsi ilə bağlı xəbərlərdən xəbərdar olduğunu, lakin onları təsdiqləyə bilmədiyini deyib.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Seul tərəfindən yayımlanan və Şimali Koreya hərbçilərinin Rusiyada olduğunu göstərən peyk görüntülərini “ciddi məsələ” adlandıraraq şərh edib. Bununla belə, NATO qoşunlarının uzun müddətdir Ukrayna münaqişəsində birbaşa iştirak etdiyini bildirib. Putin Moskva ilə Pxenyan arasındakı Strateji Tərəfdaşlıq Müqaviləsində ortaq müdafiə bəndinin olduğuna diqqət çəkib.

 

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 30-da bildirib ki, Qərbin cəhdlərinə baxmayaraq, Moskva və Pxenyanın strateji müttəfiqliyində xüsusi və ya qeyri-adi heç nə yoxdur. O bildirib ki, Moskva ilə dinc əməkdaşlığa sadiq olanların narahat olacağı heç bir şey yoxdur.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...