"Seçilsəm, andiçmədən əvvəl Ukrayna münaqişəsini həll edəcəyəm" - Tramp

"Seçilsəm, andiçmədən əvvəl Ukrayna münaqişəsini həll edəcəyəm" - Tramp

Respublikaçılar Partiyasının namizədi Donald Tramp seçkiöncəsi son açıqlamalarını verib.

 

Sfera.az bildirir ki, o, seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağına və Üçüncü Dünya müharibəsinin qarşısını alacağına yenidən söz verib.

 

Tramp bu barədə Miçiqandakı tərəfdarları qarşısında çıxış edərkən bildirib:

 

“Prezident olsam, Ukraynadakı münaqişəyə son qoyacağam. Yaxın Şərqdəki xaosu dayandıracağam və Üçüncü Dünya müharibəsinin qarşısını alacağam”,

 

Tramp bütün dünya oyunçularını yaxşı tanıdığını qeyd edib. O, andiçmə mərasimindən əvvəl Ukrayna münaqişəsini həll edəcəyini deyib.

 

Siyasətçi sülh planının təfərrüatlarını açıqlamaqdan imtina edib.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...