COP-29 tədbiri Azərbaycan üçün hansı imkanları yaradır? - AÇIQLAMA

COP-29 tədbiri Azərbaycan üçün hansı imkanları yaradır? - AÇIQLAMA

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un başlamasına sayılı günlər qalıb. Belə ki, tədbir noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.

 

Sözügedən tədbirdən gözləntilər nələrdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Sosial Rifah və Tədqiqatlar Mərkəzinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib ki, sözügedən konfrans informasiya müharibəsində gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açır.

 

Onun sözlərinə görə, COP29 tədbirinin Azərbaycanda keçirilməsi isə əhəmiyyətli hadisədir:

 

“COP29 yalnız ekologiya və ətraf aləmlə bağlı deyil. Bu həm də insan sağlamlığı, mövcud problemlərin həllinə dəstək məqsədilə atılacaq addımlardır. Məhz belə tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi olacaq. Eyni zamanda, bu tədbir həm “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan yüksək nüfuzunu göstərir. Bundan əlavə COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün vacib istiqamətlər müəyyənləşdirəcək”.

 

Ə.Bəydəmirli qeyd etdi ki, Azərbaycan burada Qarabağda əhəmiyyətli quruculuq işləri ilə bağlı da dünyaya məlumatlar çatdıracaq:

 

“Hər bir əcnəbi qonaq Azərbaycanın postmüharibə dövründəki inkişaf modeli, turizm potensialı, zəngin mədəniyyəti, milli musiqiləri, çeşidli mətbəxi ilə tanış olacaq. COP29 toplantısı həm də Azərbaycanın dünyaya yeni baxışını ortaya qoyacaq. Digər tərəfdən 30 illik işğal dövründə ermənilərin Azərbaycanın ekologiyasına, meşə fonduna, saysız-hesabsız tarixi abidələrimizə vurduğu ziyanla bağlı real görüntüləri, təkzibolunmaz faktları əcnəbilərə təqdim etmək imkanı yaranacaq. Biz bu imkanlardan yararlanmalıyıq. Son 30 ildə ətraf aləmə qarşı ermənilərin törətdiyi vəhşiliklərlə xaricdən gələn qonaqlar da tanış olmalıdır. Bütün bu amillər ölkəmizin haqlı, ədalətli mövqeyini bir daha nümayiş etdirəcək”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...