Britni Spirs öz zərgərlik brendini təqdim etdi


Britni Spirs öz zərgərlik brendini təqdim etdi

Amerikalı pop müğənni, aktrisa və rəqqasə Britni Spirs karyerasında yeni səhifə açmağa qərar verib.
 

Sfera.az bildirir ki, pop ulduz noyabrın 4-də İnstaqram səhifəsində özünün “B Tiny” adlı zərgərlik brendinin istifadəyə verildiyini elan edib.
 

Müğənni, deyəsən, vaxt itirməyib. Bioqrafik çəkilişlərə uğursuz başlayandan sonra Britni Spirs özünü sahibkar kimi sınamaq qərarına gəlib və zərgərlik brendi yaradıb.
 

Britni çəhrayı fonda qızılgül qönçəsi və brendin təsvir olunduğu son biznes layihəsinin loqosunu dərc edib.


O, 41,9 milyon izləyicisinə şirkətin yaradılmasından çox həyəcanlı olduğunu bildirib və tezliklə bazara yeni zinət əşyalarının çıxacağını, hər birinin eksklüziv və bənzərsiz olacağını qeyd edib. Ulduz mavi və yaşıl qiymətli daşlarla nümunə əl zəncirini nümayiş etdirən foto və videosunu paylaşıb.


"Mənim ilk zinət əşyalarım tezliklə satışa çıxacaq! Zərif, qeyri-adi və bənzərsiz zərgərlik! Mən çox həyəcanlıyam! Öz işindən zövq ala bilən sənətkar olmağın necə gözəl olduğunu başa düşürəm! “B Tiny” tezliklə çıxır! Qızlar, siz bunu çox sevəcəksiniz”-deyə müğənni yazıb.
 

“B Tiny”nin nə vaxt satışa çıxarılacağı və ya qiymətinin nə olacağı bəlli deyil. Britninin biznes layihəsi ilə bağlı yeni açıqlaması yayımlandıqdan sonra üç saat ərzində 40 mindən çox bəyənmə toplayıb. Bu, pərəstişkarları arasında sensasiya yaradıb. Bununla belə, müğənni postda şərh yerini bağladığı üçün pərəstişkarları fikirlərini bölüşə bilməyiblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...