Neftçilərin axtarışı ilə bağlı açıqlama

Neftçilərin axtarışı ilə bağlı açıqlama

İtkin düşən neftçilərin axtarışı davam etdirilir.
Sfera.az xəbər verir  ki, Dövlət Dəniz Admnistrasiyasının yaydığı məlumata görə, Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Qərargaha üzv olan qurumların mütəxəssisləri hər gün olduğu kimi bu gün də Qərargahın rəhbər heyətinə, davam etdirilən axtarış – xilasetmə əməliyyatlarının gedişatı ilə bağlı məruzə ediblər.
Qərargahın rəhbər heyətinə məruzə edilərək bildirildi ki, axtarış – xilasetmə əməliyyatları uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə fasiləsiz olaraq davam etdirilir.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmiləri, SOCAR-ın Dalğıc və Qəza – xilasetmə İşləri İdarəsinin "Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələri, 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlı qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adaları və sahil boyu vizual axtarışı davam etdirməkdədir.
İlk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV” sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov” "Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir.


OXŞAR XƏBƏRLƏR

Saxta xəbər yayan jurnalist 700 min CƏRİMƏLƏNDİ - Rusiyada

Rusiyanın Xabarovsk məhkəməsi 56 yaşlı yerli sakini Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat dərc etdiyinə görə 700 min rubl (təqribən 13561 manat) cərim...

Xalq artisti: "Gözümün qabağında əriyirdi"

"Görünməyən tərəflər çoxdur. Hər bir ailədə söz-söhbət olur. Nə yaxşı ki, nə həyat yoldaşım mənə, nə də mən ona qarşı küskün qala bilirik. Bir gün küsülü q...

Hakan Fidan Xocalı faciəsi ilə bağlı paylaşım etdi - FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı Soyqırımı ilə bağlı sosial şəbəkədə paylaşım edib.   Sfera.az xəbər verir ki, Hakan Fidan, &nb...

Dünyada ümumi borc 318 trilyon dollara çatıb - Hamı FED-in qərarını gözləyir

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) dərc etdiyi hesabata görə, dünyada borcların ümumi məbləği 318 trilyon dollara çatıb. Ümumi borcun ÜDM-ə nisbəti 1,5 faiz ...

Hərbi təyyarə qəzaya uğradı - 46 nəfər öldü

Sudanın Omdurman şəhərində hərbi təyyarə qəzaya uğrayıb.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 46 insan həlak olub. Ölən...

Xırdalanda özünə antibiotik vuran qadın öldü

Abşeron rayonunda özünə iynə vuran qadın ölüb.   Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.   ...