Dövlət Vergi Xidməti "Card to card"la bağlı vətəndaşlara müraciət etdi

Dövlət Vergi Xidməti "Card to card"la bağlı vətəndaşlara müraciət etdi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Kartdan-karta" "Card to card") pul köçürülməsi əməliyyatları ilə bağlı vətəndaşlara müraciət edib.

 

Sfera.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, “kartdan-karta” köçürmə yolu ilə aparılması həm qanunvericiliyin, həm də istehlakçıların hüquqlarının pozulması deməkdir.

 

Çünki belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da alıcının öz hüquqlarını tələb etmək, həmçinin, xərclənən məbləğin bir hissəsini “cashback” olaraq geri almaq imkanını məhdudlaşdırır. Eyni zamanda, mal, iş və ya xidmət əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” mexanizmindən istifadə hüququndan məhrum olmasına gətirib çıxarır.

 

Dövlət Vergi Xidməti bu qanun pozuntusunun vergidənyayınma məqsədi daşıdığını nəzərə çatdırmaqla, vətəndaşları pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişləri “kartdan-karta” köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə, sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün POS-terminal vasitəsilə qəbul etməyə çağırır.


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...