AMB daha bir şirkətə lisenziya verdi

AMB daha bir şirkətə lisenziya verdi

Azərbaycanda valyuta mübadilə fəaliyyətinə lisenziya alan şəxslərin sayı 6-ya çatıb.

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin noyabrın 1-də “Money Shop” MMC-yə valyuta mübadiləsi aparmaq hüququ verilib.

 

Şirkət Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 8 ünvanında fəaliyyət göstərəcək. Şirkətin rəsmi qeydiyyatda olduğu ünvan isə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 94-dür.

 

Xatırladaq ki, sonuncu dəfə 2022-ci ilin may ayında "Meta-Kapital" MMC-yə belə bir hüquq verilmişdi.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR