Misli Premyer Liqası: Təxirə salınan oyunun hakimləri açıqlandı

İdman
14:32 / 04.11.2024
2898
Misli Premyer Liqasının III turundan təxirə salınan oyuna təyinatlar açıqlanıb.
Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” və “Araz-Naxçıvan” komandaları arasında keçiriləcək matç Rauf Cabbarova tapşırılıb.
Onun köməkçiləri Eyyub İbrahimov və Asiman Əzizli olacaq. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 6-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.