Əhalinin qeyri-ərzaq xərcləri KƏSKİN ARTDI - RƏQƏMLƏR

Əhalinin qeyri-ərzaq xərcləri KƏSKİN ARTDI - RƏQƏMLƏR

2024-cü ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 25 milyard manata çatıb.

 

Sfera.az xəbər verir ki, ilk 9 ay ərzində paytaxtda 14,22 milyard manat həcmində ərzaq, 10,73 milyard manat həcmində qeyri-ərzaq malları satılıb.

 

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu il qeyri-ərzaq mallarına çəkilən xərclərdə kəskin artım müşahidə edilib. Belə ki, bu il ərzağın alışına çəkilən xərc 2,4 faiz artdığı halda, qeyri-ərzağın alışına çəkilən xərc 8,4 faiz artıb.

 

Müqayisədən aydın olur ki, Bakıda əhalinin qeyri-ərzaq xərclərində artım sürəti ərzaq xərclərindəki artım sürətini 3,5 dəfə qabaqlayıb.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR