Tanınmış professor Mahirə Nağıqızının poeziya gecəsindən VİDEOREPORTAJ

Tanınmış professor Mahirə Nağıqızının poeziya gecəsindən VİDEOREPORTAJ

Beynəlxalq Muğam Mərkəzində tanınmış alim və pedaqoq, istedadlı şair və ictimai xadim, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıqızının yaradıcılığına həsr edilmiş poeziya gecəsi keçirilib.


Sfera.az xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutub.
 

Tədbirdə çıxış edənlər Mahirə xanımın ölkəmizin ictimai həyatındakı rolundan, Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında göstərdiyi xidmətlərdən söz açıblar.
 

Qeyd edək ki, çoxşaxəli və məhsuldar fəaliyyəti ilə tanınan professor Mahirə Nağıqızı 60-dan çox elmi əsər, monoqrafiya, tədqiqat əsərlərin müəllifidir. Bu əsərlərin bir çoxu müxtəlif dillərdə, xarici ölkələrdə nəşr edilib və tədris edilir.


Ədəbiyyatşünas alim, istedadlı şairə, elm və maarif təşkilatçısı kimi Mahirə xanım həm də Qərbi Azərbaycan Televiziyasında “Ziyalı” elmi-publisistik verilişin müəllifidir.
 

Məlumat üçün bildirək ki, Müasir Azərbaycan poeziyasında imzası ilə tanınan və sevilən şairə Mahirə Nağıqızı Türk dünyasının bir sıra universitetlərinin fəxri professorudur. Onun 70-dən çox şerinə musiqi bəstələnib.




OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...