Sumqayıtda ev yandı - Xəsarət alan var

Hadisə
13:23 / 04.11.2024
3574
Sumqayıt şəhərində ümumi sahəsi 250 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.
Sfera.az xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.