Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı

İdman
12:58 / 04.11.2024
3093
UEFA Millətlər Liqasında qrup mərhələsinin V turunun noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Estoniya oyununun biletləri satışa çıxarılıb.
Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Oyun günü Qəbələ şəhər stadionunda bilet satışı nəzərdə tutulub. Biletlərin qiymətləri və satış ünvanları belədir:
1-ci kateqoriya - 5 manat
2-ci kateqoriya - 2 manat
VİP - 20 manat
iTicket.az satış məntəqələri:
Gənclik Mall
28 Mall
Köşk 1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk 2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi