“Qarabağ”ın 67 oyunluq seriyası qırıldı

“Qarabağ”ın 67 oyunluq seriyası qırıldı

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” mövsümdə ilk heç-heçəsinə imza atıb.

 

Sfera.az PFL-in saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası uzun fasilədən sonra qolsuz bərabərliyə imza atıb. Bu, 12-ci turun “Turan Tovuz”la səfər görüşünə təsadüf edib.

 

Ağdam klubunun 0:0 hesablı heç-heçə etməsi sonuncu dəfə təxminən 2 il əvvəl qeydə alınıb. Bu, 2022-ci il noyabrın 28-də “Zirə” ilə ev matçında yaşanıb. “Qarabağ” ardıcıl 67 görüşündə ən azı bir komanda qol sevinci yaşayıb.

 

Bu, ölkə çempionatları tarixində 2-ci belə seriyadır. 0:0 hesabı olmadan keçirilən oyun sayında rekord “Şahdağ Qusar”a məxsusdur. Bölgə təmsilçisi texniki nəticələr nəzərə alınmadan ardıcıl 95 matçlıq seriyaya malikdir. 3-cü göstəriciyə malik “Şamaxı”nın hesabında 59 oyunluq seriya var.


OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...