Bakıda orta əməkhaqqı 7 %-dən çox ARTDI

Bakıda orta əməkhaqqı 7 %-dən çox ARTDI

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 258,9 manat təşkil edib.

 

Bu barədə Sfera.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

 

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 % artıb.

 

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 997,1 manat təşkil edib.


OXŞAR XƏBƏRLƏR