“Məhz Azərbaycan COP gündəliyində təhsilə xüsusilə önəm verib” - Nazir

“Məhz Azərbaycan COP gündəliyində təhsilə xüsusilə önəm verib” - Nazir

Elm və təhsil naziri Emin Əmrullayev Braziliyanın Fortaleza şəhərində təşkil edilən UNESCO-nun Qlobal Təhsil Görüşü çərçivəsində bir sıra görüşlər keçirib.

Sfera.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin təhsil naziri Sara Al-Amiri, Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusef bin Abdullah Al-Benyan, Qətərin təhsil və ali təhsil naziri Buthaina Bint Ali Al Jabr Al Nuaimi, Braziliyanın təhsil naziri Kamilo Santana və Çin Xalq Respublikası təhsil nazirinin müavini Çen Jie ilə keçirilən görüşlərdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb, ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

 

Bundan əlavə, görüşlər çərçivəsində təhsilin bütün pillələri üzrə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi məsələlərinə toxunulub.

 

Görüşlər zamanı Emin Əmrullayev həmkarlarını ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) iştiraka dəvət edib.

 

UNESCO-nun Qlobal Təhsil Görüşü çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə keçirilən görüş zamanı isə Azərbaycanın PISA tədqiqatına iqlim savadlılığı üzrə meyarın əlavə olunmasına dair təşəbbüsü yüksək qiymətləndirilib və bu günədək COP gündəliyində məhz Azərbaycanın təhsilə xüsusilə önəm verdiyi vurğulanıb.

 

Qeyd edək ki, 31 oktyabr – 1 noyabr tarixlərində keçirilən UNESCO-nun Qlobal Təhsil Görüşündə təşkilata üzv ölkələrin təhsil və maliyyə nazirləri, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefaniya Ciannini və bir sıra təşkilatların rəsmiləri iştirak ediblər.

 





OXŞAR XƏBƏRLƏR

Polis gücləndirilmiş iş rejimində - FOTOLAR

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.   DİN-dən Sfera.az-a verilən ...

ABŞ sanksiyaları kömək etdi? - Çin elektronikanın inkişafında Cənubi Koreyanı geridə qoydu

Koreya Elm və Texnologiyanın Qiymətləndirilməsi və Planlaşdırılması İnstitutunun araşdırmasına görə, Çin yarımkeçirici elektronikanın inkişafında birinci yerdəd...

Qarlı havada paytaxt yollarındakı vəziyyət - FOTOAR

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb...

Qanunvericilikdə həkimlikdən ömürlük məhrumetmə cəzası varmı? - VİDEO

Son vaxtlar cərrahiyyə əməliyyatı zamanı və ya əməliyyatdan sonra dünyasını dəyişənlərlə bağlı xəbərləri tez-tez eşidilir. Sonuncu belə bədbəxt hadisə ötən gün ...

FHN-in keçmiş rəis müavini VƏFAT ETDİ

Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər 26 saylı Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş rəis müavini Əli Zeynalov dünyasını dəyişib.   S...

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda növbəti görüşü Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, b...