Aliment ödəməyən 66 nəfər inzibati qaydada həbs edildi

Aliment ödəməyən 66 nəfər inzibati qaydada həbs edildi

2024-cü ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının icraatına aliment tələbinə dair 765 icra sənədi daxil olub, icraatda olan aliment tələbinə dair 580 icra sənədi icraatdan çıxarılıb.

 

Sfera.az xəbər verir ki,  bunu nazirliyin icra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev deyib. O bildirib ki, 2024-cü ilin müvafiq dövrü ərzində icraatda olmuş 3699 aliment tələbinə dair icra sənədi üzrə 6243 yetkinlik yaşına çatmayan uşağı saxlanılması üçün ümumilikdə tələbkarlara 3.385.326 manat aliment ödətdirilib. 2024-cü ilin 9 ayı ərzində aliment məbləğini üzrsüz səbəbdən icra etmədiyinə görə 66 nəfər borclu inzibati qaydada həbs edilib, 1 nəfər borclu inzibati qaydada cərimə edilib, həmçinin 107 nəfər borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 2024-cü ilin 9 ayı ərzində aliment məbləğini qərəzli olaraq ödəmədiyindən 1 nəfər borclu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işi başlanılıb.


Hazırda icrası davam etdirilin 3179 icra sənədi üzrə ümumilikdə 5025 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tələbkarlara alimentin ödənilməsi davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

“TikTok”un yeni trendi Dubay Şokoladını unutdurur: Mələk saçı şokoladları

Bir müddət internetdə yayılan Dubay Şokoladının girmədiyi ev demək olar ki, qalmayıb. Biz çevrildiyimiz hər yerdə Dubai Şokoladını görməyə başladıq. O qədər ki,...

Polis gücləndirilmiş iş rejimində - FOTOLAR

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.   DİN-dən Sfera.az-a verilən ...

ABŞ sanksiyaları kömək etdi? - Çin elektronikanın inkişafında Cənubi Koreyanı geridə qoydu

Koreya Elm və Texnologiyanın Qiymətləndirilməsi və Planlaşdırılması İnstitutunun araşdırmasına görə, Çin yarımkeçirici elektronikanın inkişafında birinci yerdəd...

Qarlı havada paytaxt yollarındakı vəziyyət - FOTOAR

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb...

Qanunvericilikdə həkimlikdən ömürlük məhrumetmə cəzası varmı? - VİDEO

Son vaxtlar cərrahiyyə əməliyyatı zamanı və ya əməliyyatdan sonra dünyasını dəyişənlərlə bağlı xəbərləri tez-tez eşidilir. Sonuncu belə bədbəxt hadisə ötən gün ...

FHN-in keçmiş rəis müavini VƏFAT ETDİ

Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər 26 saylı Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş rəis müavini Əli Zeynalov dünyasını dəyişib.   S...