Asim Xudiyev UEFA-dan növbəti təyinat aldı

Asim Xudiyev UEFA-dan növbəti təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

 

Sfera.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının II mərhələsinin cavab oyunları çərçivəsində noyabrın 6-da keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Betis” (İspaniya) görüşünün hakim-inspektoru olacaq.

 

Qeyd edək ki, Almatı şəhərində yerləşən “Kayrat” akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.


OXŞAR XƏBƏRLƏR