Ermənilər əsgərimizin nəşinin qaytarılmasını ləngidir

Ermənilər əsgərimizin nəşinin qaytarılmasını ləngidir
 
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər. Bununla bağlı müvafiq beynəlxalq qurumlar məlumatlandırılıb və zəruri işlər aparılır.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Komissiyanın məlumatında deyilir: "Qeyd etmək lazımdır ki, silahlı münaqişələr zamanı həlak olmuş hərbi qulluqçuların meyitləri döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra geri qaytarılmalıdır və bu beynəlxalq humanitar hüququn təkzibedilməz vacib prinsipidir. Ancaq qarşı tərəf hadisədən üç gün keçməsinə baxmayaraq, onların əlində olan hərbi qulluqçumuzun nəşinin təhvil verilməsi ilə bağlı müvafiq prosedurların başlanılmasını heç bir əsas olmadan ləngidir.

Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".



OXŞAR XƏBƏRLƏR

Saxta xəbər yayan jurnalist 700 min CƏRİMƏLƏNDİ - Rusiyada

Rusiyanın Xabarovsk məhkəməsi 56 yaşlı yerli sakini Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat dərc etdiyinə görə 700 min rubl (təqribən 13561 manat) cərim...

Xalq artisti: "Gözümün qabağında əriyirdi"

"Görünməyən tərəflər çoxdur. Hər bir ailədə söz-söhbət olur. Nə yaxşı ki, nə həyat yoldaşım mənə, nə də mən ona qarşı küskün qala bilirik. Bir gün küsülü q...

Hakan Fidan Xocalı faciəsi ilə bağlı paylaşım etdi - FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı Soyqırımı ilə bağlı sosial şəbəkədə paylaşım edib.   Sfera.az xəbər verir ki, Hakan Fidan, &nb...

Dünyada ümumi borc 318 trilyon dollara çatıb - Hamı FED-in qərarını gözləyir

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) dərc etdiyi hesabata görə, dünyada borcların ümumi məbləği 318 trilyon dollara çatıb. Ümumi borcun ÜDM-ə nisbəti 1,5 faiz ...

Hərbi təyyarə qəzaya uğradı - 46 nəfər öldü

Sudanın Omdurman şəhərində hərbi təyyarə qəzaya uğrayıb.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 46 insan həlak olub. Ölən...

Xırdalanda özünə antibiotik vuran qadın öldü

Abşeron rayonunda özünə iynə vuran qadın ölüb.   Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.   ...