Hava ilə bağlı XƏBƏRDARLIQ: noyabrın 3-ü axşamadək...

Hava ilə bağlı XƏBƏRDARLIQ: noyabrın 3-ü axşamadək...

Noyabrın 3-ü axşamdan başlayaraq 4-ü axşamadək Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgələrində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

 

Sfera.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. 

 

O qeyd edib ki, sözügedən bölgələrin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var.

 

Xidmət rəsmisinin sözlərinə görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

 

"Bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yarada biləcəyi sel təhlükəsi ilə bağlı əhalini ehtiyatlı olmağa, eyni zamanda hava haqqında verilən məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirməyə çağırırıq", - deyə Gülnarə Abbasova qeyd edib


OXŞAR XƏBƏRLƏR

Polis gücləndirilmiş iş rejimində - FOTOLAR

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.   DİN-dən Sfera.az-a verilən ...

ABŞ sanksiyaları kömək etdi? - Çin elektronikanın inkişafında Cənubi Koreyanı geridə qoydu

Koreya Elm və Texnologiyanın Qiymətləndirilməsi və Planlaşdırılması İnstitutunun araşdırmasına görə, Çin yarımkeçirici elektronikanın inkişafında birinci yerdəd...

Qarlı havada paytaxt yollarındakı vəziyyət - FOTOAR

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb...

Qanunvericilikdə həkimlikdən ömürlük məhrumetmə cəzası varmı? - VİDEO

Son vaxtlar cərrahiyyə əməliyyatı zamanı və ya əməliyyatdan sonra dünyasını dəyişənlərlə bağlı xəbərləri tez-tez eşidilir. Sonuncu belə bədbəxt hadisə ötən gün ...

FHN-in keçmiş rəis müavini VƏFAT ETDİ

Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər 26 saylı Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş rəis müavini Əli Zeynalov dünyasını dəyişib.   S...

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda növbəti görüşü Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, b...