Nazirlik hava ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Nazirlik hava ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

 

Sfera.az müraciəti təqdim edir:

 

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi və leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı gözlənilir.

 

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

 

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eyni zamanda, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

 

Həmçinin, intensiv yağıntılarla əlaqədar mümkün daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmalı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasetmə qurumlarının çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.

 

Bundan əlavə, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”


OXŞAR XƏBƏRLƏR

Polis gücləndirilmiş iş rejimində - FOTOLAR

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.   DİN-dən Sfera.az-a verilən ...

ABŞ sanksiyaları kömək etdi? - Çin elektronikanın inkişafında Cənubi Koreyanı geridə qoydu

Koreya Elm və Texnologiyanın Qiymətləndirilməsi və Planlaşdırılması İnstitutunun araşdırmasına görə, Çin yarımkeçirici elektronikanın inkişafında birinci yerdəd...

Qarlı havada paytaxt yollarındakı vəziyyət - FOTOAR

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb...

Qanunvericilikdə həkimlikdən ömürlük məhrumetmə cəzası varmı? - VİDEO

Son vaxtlar cərrahiyyə əməliyyatı zamanı və ya əməliyyatdan sonra dünyasını dəyişənlərlə bağlı xəbərləri tez-tez eşidilir. Sonuncu belə bədbəxt hadisə ötən gün ...

FHN-in keçmiş rəis müavini VƏFAT ETDİ

Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər 26 saylı Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş rəis müavini Əli Zeynalov dünyasını dəyişib.   S...

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda növbəti görüşü Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, b...