Şahmat tarixiində yeni rekord

İdman
19:55 / 02.11.2024
8801
Sarkar dünyanın ən gənc reytinqli şahmatçısı olub.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, 3 yaşlı iti zəka sahibi FIDE klassik reytinqini 1555-ə çatdırıb.
O, buna Qərbi Benqal Ştatında keçirilmiş U-9 açıq çempionatında 140 iştirakçı arasında 24-cü yeri tutmaqla nail olub.
Bununla da A.Sarkar dünya üzrə 190.000-dən çox aktiv şahmatçı arasında ən gənc reytinqli oyunçu adına sahib çıxıb.
Onu bu statistikada banqladeşli Afnan Tayvar Ailan (16 mart 2020-ci il, 1542 xal), çilili Santiaqo Alonso Rubio Soto (19 oktyabr 2020-ci il, 1484 xal) və viyetnamlı Vu Hao Nhien (9 mart 2019-cu il, 1473 xal) izləyirlər.