Bakıda çoxmərtəbəli binada yanğın OLDU

Hadisə
17:09 / 02.11.2024
9826
Bakıda çoxmərtəbəli binada yanğın olub.
Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1930 m² (1-ci mərtəbəsi 1100 m², zirzəmisi 830 m²) olan mağazanın zirzəmisində 20 m² sahədə məişət və taxta tullantıları yanıb. Zirzəmi və mağaza yanğından mühafizə olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb.