Tanınmış futbolçu ilə baş məşqçi arasında QALMAQAL

İdman
17:23 / 02.11.2024
10848
Braziliya A Seriyasının 32-ci turunda keçirilmiş “Fluminense” – “Qremio” oyununda xoşagəlməz hadisə yaşanıb.
Sfera.az xəbər verir ki, meydan sahibi komandanın tanınmış futbolçusu Marselo oyuna daxil olmağa hazırlaşarkən baş məşqçisi Mano Menezes ilə arasında söz münaqişəsi yaranıb.
Mütəxəssis daha sonra fikrini dəyişərək əsəbi halda 37 yaşlı müdafiəçini ehtiyat oyunçular skamyasına göndərib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.