Bu şəxslərin qazı kəsiləcək - AÇIQLAMA

Bu şəxslərin qazı kəsiləcək - AÇIQLAMA

"Ümumiyyətlə, hamam otaqlarında qaz avadanlıqlarının quraşdırılması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Amma quraşdırılsa belə, mütləq təhlükəsizlik qaydalarına riayət etmək lazımdır". 

 

Sfera.az xəbər verir ki, bunu milli.az-a təhlükəsizlik məsələləri ilə bağlı ekspert Elmar Nurəliyev deyib.

 

O bildirib ki, həmin qaydalara əsasən, hamamın kvadratı minimum 7 kvadrat metr, hündürlüyü isə minimum 2.2 metr olmağı nəzərə alınaraq havalandırma və ventilyasiya sistemi olmalıdır. 

 

"Həmçinin, hamam otağındakı tüstü bacası standartlara uyğun olaraq ən azı damdan yarım metr yüksəkdə çat olmadan işlək vəziyyətdə olmalıdır. Quraşdırılması isə yalnız normativ tələblərə cavab verməlidir. 

 

Hamam otağının kvadratı havanın olmasına görədir. Əgər bu normativ tələblərə riayət olunmayıb hava çatışmazlığı olarsa, bu, dem qazı yaranması təhlükəsini yüksəldir və sonu bədbəxt hadisə ilə nəticələnə bilər".

 

Ekspert qeyd edib ki, bunların fonunda dəm qazı əleyhinə detektor olmalıdır. 

 

"Qaz təsərrüfatı olan yerdə həm qaz əleyhinə, həm də qaz sızması əleyhinə detektor olmalıdır. Bu, qanunvericilikdə də təsdiq olunub və təhlükəsizlik baxımından da məqsədə uyğundur. Dem qazından boğulma hallarının statistikasına baxanda görürük ki, əksər hallarda hamam otaqlarında baş verib. Evdə kombi və mərkəzi istilik sistemi olan evlərdə bu fakt daha azdır, çünki hamam otağında qaz cihazı yoxdur. Əgər hamam otağında qaz cihazı varsa, mütləq qaydalara riayət edilməlidir".

 

Qaz detektoru quraşdırmayan şəxslərə təbii qaz verilməyəcək?

 

Bu barədə sorğuya cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, abonentlərə ilk öncə xəbərdarlıq edilir. Bir neçə xəbərdarlıqdan sonra isə qazın verilişi dayandırılacaq. 

 

O qeyd edib ki, "Azəriqaz" İstehsalat Birliyi abonentlərin təbii qazdan tam təhlükəsiz və düzgün istifadəsini təmin etmək məqsədilə bütün bu zəruri tədbirləri görür. 


OXŞAR XƏBƏRLƏR

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.   Sfera.az xəbər ...

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz...

"Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram"

"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram".   Sfera.az xəbər verir ki,bu sözləri Xalq artisti Aygün Kazımova deyib. Konser...