Fantastik qiymətə maşın nömrələri - 55 min dollara...

Fantastik qiymətə maşın nömrələri - 55 min dollara...

Cəmiyyətimizdə müxtəlif avtomobil markalarına geniş maraq olduğu kimi, onların nömrələrinə də xüsusi diqqət var. Xüsusən gənc sürücülər arasında maşın nömrələrində eyni hərfin və rəqəmin təkrar olunması cəlbedici hesab olunur. Bu kimi səbəblərdən bir çox hallarda fantastik qiymətlərə dövlət nişan nömrələrinə rast gəlmək olur. 

 

Sfera.az yenisabah.az-a istinadən xəbər verir ki,  elanlara nəzər yetirdikdə nişan nömrələrinin minimum 500 manatdan başlayıb, 100  min manatadək davam etdiyini görmək olar. Rəqəm və hərf təkrarının daha çox olması nömrələrin qiymətini artıran əsas faktor hesab olunur. Nisbətən sadə görünən və daha çox qarışıq simvollardan ibarət olan nişanlar isə ucuzdur. Məsələn, saytların birində qarşımıza çıxan “10-BB-200” nömrə nişanı 55 min dollara təklif olunur. Digər bir elanda dərc olunan “10-GG-666” yazılı nömrə isə 60 min manatdır.

 

Görünən odur ki, bu cür bahalı nömrələrə tələbat da həddən çoxdur. Araşdırmamız onu göstərdi ki, hətta yuxarıda sadaladığımız qiymətlərdən dəfələrlə daha baha təklif olunan maşın nömrələri də olub. Maraqlısı isə odur ki, bu tendensiya dünyanın demək olar ki, heç bir yerində yoxdur. Belə nömrələrin qiymətinə ən lüks maşın, hətta tam təmirli ev də almaq mümkündür. Bu nümunədən də bəlli olur ki, hansısa məhsulun qiymətinin onu keyfiyyəti deyil, ona olan tələb müəyyən edir.


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...