"Bu şəhərdə" yə XƏBƏRDARLIQ EDİLDİ


"Bu şəhərdə" yə XƏBƏRDARLIQ EDİLDİ

Ötən gün Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının sosial hesablarında "Bu şəhərdə" komandasının oktyabr və noyabr aylarında keçiriləcək növbəti konsert proqramlarının kommersiya xarakterli reklamlarında müəlliflərin hüquqlarını kobudcasına pozduğunu özündə ehtiva edən məqamlar paylaşılıb.

 

Məsələ ilə bağlı Kinorejissorlar Gildiyasının sədri, kinorejissor Hüseyn Mehdiyev APA-ya verdiyi açıqlamada bildirib ki, "Bu şəhərdə" komandasının rəhbəri Müşfiq Abbasova şifahi və rəsmi xəbərdarlıq edilsə də, heç bir dəyişiklik edilməyib.

 

"Bilirsiniz ki, Kinorejissorlar Gildiyasının ən vacib istiqamətlərindən biri audiovizual əsərlərin istifadəsi zamanı müəllif hüquqlarının pozulmasının qarşısını almaq və müəlliflərin hüquqlarını qorumaqdır. Bir müddət əvvəl bizə məlumat daxil oldu ki, "Bu şəhərdə"nin konsertqabağı hazırladığı reklam çarxlarında Azərbaycan filmlərinin fraqmentləri təhrif olunaraq istifadə olunub. Kinostudiyanın direktoru Azər Quliyev "Bu şəhərdə" komandasının rəhbəri Müşfiq Abbasova zəng vurdu və onu məlumatlandırdı ki, bu, düzgün addım deyil, qanun pozuntusudur. Azər müəllim ondan bu reklamların aradan qaldırılmasını xahiş etdi. Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının məsələyə birinci reaksiyası belə oldu. Bu isə, təxminən, on-on beş gün əvvəlin söhbətidir. Onlar məsələnin həlli barədə söz versələr də, buna əməl olunmadı. Oktyabrın 22-də rəsmi olaraq "Bu şəhərdə" komandasına xəbərdarlıq xarakterli məktub yolladıq. Məktubda qeyd etdik ki, qanun müvafiq maddələrin pozulmasına yol vermir. Eyni zamanda, məktubda reklam çarxlarının sosial şəbəkələrdən silinməsini yenidən xahiş etdik. Rəsmi məktubdan sonra da heç bir reaksiya olmadı. Bir müddət də gözləyəndən sonra "Bu şəhərdə" komandasının qanunlara saymazlığını görüb bu xoşagəlməz halı ictimaiyyətə təqdim etdik", - kinorejissor Hüseyn Mehdiyev deyib.

 

Mövzu ilə bağlı Müşfiq Abbasovla əlaqə saxlasaq da o, sualımızı cavablandırmaqdan yayınıb. O, bunu bir saatdan sonra səhnəyə çıxacağı ilə əlaqələndirib: "Sizə cavab verəcək vəziyyətdə deyiləm. Sonra danışarıq".


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...