Azər Türk Bank əmanət faizlərini artırdı

Azər Türk Bank əmanət faizlərini artırdı

Dövlət bankı Azər Türk Bank 01 noyabr 2024-cü il tarixindən etibarən manat əmanətləri üzrə faiz dərəcələrini yüksəltmək barədə qərar verib.

 

Belə ki, Bankın “Klassik” əmanət məhsulunda bundan əvvəl faizlər aylıq ödənildikdə 1 illik əmanətlər üçün 5%, 2 illik üçün 6% və 3 illik üçün 8% təşkil edirdisə, noyabrın 1-dən başlayaraq bu rəqəmlər müvafiq olaraq 1 illik - 8%, 2 illik - 9% və 3 illik - 10% səviyyəsinədək yüksəldilib.

 

Əmanətlər üzrə faizlər müddətin sonunda hesablandığı təqdirdə gəlirlilik daha artıq olacaq. Bank tərəfindən birillik əmanətlərdə faizlər 5,5%-dən 8,5%-ə, ikiillikdə 6,5%-dən 9,5%-ə və üçillikdə isə 9%-dən 10,5%-ə qaldırılıb.

 

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR