Mərkəzi Bankın ehtiyatları AZALDI - RƏSMİ
İqtisadiyyat
16:01 / 01.11.2024
4770
Uzun fasilədən sonra ilk dəfə olaraq Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmində azalma qeydə alınıb. Ehtiyatların həcmində azalma 2024-cü ilin oktyabrında baş verib.
Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların həcmi ay ərzində 424,1 milyon dollar və ya 3,6 faiz azalaraq 11,372 milyard dollar olub.
Ötən ilin eyni ayı ilə müqayisədə isə valyuta ehtiyatlarının həcmi artıb. Bir il əvvəl valyuta ehtiyatlarının həcmi 10,508 milyard dollar idi.
Son bir ildə AMB ehtiyatların həcmini 864 milyon dollar artıra bilib.
Vasif
Sfera.az