Azərbaycanda Ticarət İnformasiya Portalının yaradılmasına başlanılır

Azərbaycanda Ticarət İnformasiya Portalının yaradılmasına başlanılır

Azərbaycanda Ticarət İnformasiya Portalının yaradılması və əlaqədar xidmətlərin satın alınmasının ehtimal olunan qiyməti 972 min 910 manat təşkil edir.

 

Sfera.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.

 

Tender şərtlərinə görə, görüləcək işlərə ixrac edən ölkə, hədəf ölkə və məhsula görə axtarış sisteminin yaradılması, bazarlar, rəqiblər və məhsullar üzrə müqayisə alətlərinin işlənib hazırlanması, filtrasiya imkanı ilə statistikanın əks etdirilməsi üçün interfeysin işlənib hazırlanması, statistik məlumatların ixracı funksionallığının reallaşdırılması, ən az 50 000 məhsul haqqında məlumatın saxlanması üçün verilənlər bazasının yaradılması və sair daxildir.

 

Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 450 manat iştirak haqqı ödəməlidirlər.

 

İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.

 

Təkliflər noyabrın 26-sı saat 17:30-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.


OXŞAR XƏBƏRLƏR

Qvineya-Bisau Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, ...

Küləklə bağlı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, fevralın 28-i və ma...

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya ...

Dünyaca məşhur musiqiçi Bakıya gəlir

Dünyaca məşhur kamança və saz ustası, dərin melodiyaların sənətkarı Mark Eliyahu Bakıda olacaq.   Sfera.az xəbər verir ki, bu barədə “İticket.a...

İlham Əliyev Qvineya-Bisauya dəvət olundu

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisauya səfərə dəvət olunub.   Sfera.az xəbər verir ki, bu barədə İlham Əliyev adıçəkilən respublikan...

Daha bir nəfər spirtdən öldü - say 20-ni keçdi

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.    Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə al...