Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Bakı və Abşeron yarımadasında dekabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi  gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti, gündüz  6-9° isti, Bakıda gecə 4-6° isti, gündüz  7-9° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.
2017-ci il yanvarın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.
Şimal-qərb küləyi  gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 2-4° isti, gündüz  6-8° isti olacağı gözlənilir.
Yanvarın 2-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, gündüz cənub küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-3° isti, gündüz  5-8° isti olacaq.
Dekabrın 31-də əsasən şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacağı gözlənilir.
2017-ci il yanvarın 1-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yanvarın 2-də hava əsasən yağmursuz keçəcək.  Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacağı gözlənilir.



OXŞAR XƏBƏRLƏR

Bakıda yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bu gün axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.   Sfera.az bildirir ki, ya...

"Avropa ölkələri bu halda məsuliyyət daşıyacaq" - Donald Tramp

Avropa ölkələri Ukraynaya müdafiə yardımı göstərməkdə “əsasən” məsuliyyət daşıyacaqlar. Bu, xüsusilə, hava hücumundan müdafiə sistemlərinə aiddir. ...

1000-dən çox britaniyalı musiqiçi süni intellektə etiraz edir

Mindən çox musiqiçi Böyük Britaniyada nəzərdə tutulan qanuna etiraz edir. Qanun etirazçıların musiqi sənayesində müəllif hüquqlarına zərər verdiyini bildirən sü...

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ...

Göygöldə hamilə qadın və bətnindəki körpəsi dünyasını dəyişdi

Göygöldə qadın xəstəxanada ölüb. Sfera.az xəbər verir ki, rayonun Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü Cəbrayılova Nuranə Əlibaba qızı 9 aylıq...

Azərbaycanlı müğənninin ailəsində FACİƏ - ölənlər var - FOTO

Müğənni İlkin Fuadın ailəsinə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, sənətçinin anası və nənəsi eyni gündə vəfat edib.   Onların ...